Sektorlar

Finanzier şirkətinin fəaliyyət göstərdiyi sektorlar

KƏND TƏSƏRRÜFATI
Finanzier hüquq şirkəti kənd təsərrüfatı sektorunda biznes fəaliyyəti göstərmək istəyən müştərilərə icazələrin alınmasında, habelə kənd təsərrüfatı mallarının alınması, satılması, idxalı sahəsində tənzimləyici qaydalar üzrə hüquqi və maliyyə xidmətlərini təklif edir.
Bizim peşəkar ekspertlərin təmsil olunduğu kənd təsərrüfatı sektoruna bu sektorda təmsil olunan biznes fəaliyyətinin tənzimləyici hüquqi çərçivələri ilə iş təcrübəsi, xüsusi ilə baytarlıq, torpaqlardan istifadə, güzəştli şərtlərə çıxış, kənd təsərrufatı mallarının idxal və ixrac əməliyyatları, məhsulların sertifikatlaşdırılması və satışı mərhələləri daxildir.
TƏHSİL

Azərbaycanda təhsil qanunvericiliyi son beş ildə hərtərəfli dəyişikliyə məruz qalmışdır. Bu sahədə maraqlı olan şirkətlər və ya şəxslər ölkədə təhsil sahəsində xidmətlərin göstərilməsi üçün təhsili tənzimləyici qaydaları dərindən başa düşən peşəkarlar ilə əməkdaşlıq etməsi lazım gələcəkdir. Biz təhsil sahəsində həm təhsil müəssisələrinin təsis olunması, lisenziyalaşdırma, təhsil xidmətləri üçün sertifikatlaşdırma və proqramların, tədris vəsaitlərinə icazələrin alınması kimi qanunvericilik prosedurları üzrə məsləhətlər verir, xidmətlər göstərir, həm də təhsil sektorunun liderləri və peşəkarları arasında əlaqələr qurmağa dair tövsiyyələr və imkanlar təqdim edirik.

MEDİA & ƏYLƏNCƏ

Media

Onlayn media, nəşr mediası, yayım və peyk yayımı kimi müxtəlif sahələrdə tənzimləyici qaydaların əlaqədar olduğu media sahəsi bizim yaxşı bələd olduğumuz sahələrdəndir. Şirkətimiz televiziya, radio, qəzet, jurnal , internet media sahələrində yaranan hüquqi və maliyyə məsələlərində öz xidmətlərini təklif edir.

Əyləncə

2015-ci ildən başlayaraq yeni qəbul edilmiş qanunlar əyləncə sektorunu tam rəsmi fəaliyyətə keçməsini zəruri etmişdir. Biz dünyada audiovizual məhsullar, musiqi, kino, teatr, nəşriyyat, TV və radio, onlayn media kimi sub-sektorlarda qurulmuş hüquqi mühitin təcrübəsinə yaxşı bələd olmaqla Azərbaycanda da bu sahənin təmsilçilərinin hüquq və maraqlarını yerli qanunların tələblərinə, beynəlxalq təcrübələrə uyğun daha yaxşı şəkildə hüquqi təminat altına ala və müdafiə edə bilərik.

Bizim xidmətlərə əsasən spesifik müqavilə münasibətlərinin yaradılması, vergiqoyma üzrə ədalətli və qanuna uyğun vergi rejimindən faydalanma, digər dövlət orqanlarına hesabat vermə, biznesin qanuna uyğun qurulması, beynəlxalq əlaqələrdə hüquqi müşahidə və hüquq və maraqların qorunması, əmək münasibətlərinin düzgün qurulması, sənədləşmə işlərinin həyata keçirilməsində hüquqi məsləhətlər daxildir.

SƏHİYYƏ&SAĞLAMLIQ

Azərbaycanda səhiyyə sektoru sürətlə böyüməkdədir. Çoxsaylı yerli və xarici şirkətlər tərəfindən açılan klinikalar və sağlamlıq mərkəzlərində müasir tibbi yeniliklər, texnoloji avadanlıqlar və yeni növ tibbi xidmətlər təklif edilir. Bu sektorda tibb məhsullarının alınması, satışı, daşınması, sertifikatlaşdırılması, tibb müəssisələrinin lisenziyalaşdırılması, pasiyent və tibb müəssisəsi arasında mülki hüquq münasibətlərinin düzgün qurulması kimi məsələlər təcrübədə peşəkar həllini gözləyən əsas məsələlər olaraq qalır. Azwestgroup hüquq şirkəti sadalanan sahələrdə peşəkar hüquq və maliyyə xidmətləri təklif edir.

Bizim xidmətlərə daxildir:

  • Dərmanların satışını tənzimləyici qaydalarıa uyğun təşkil etmə;
  • Məhsulların idxalı, daşınması, saxlanması və tibbi müəssisələrə çatdırılması proseslərində qaydalara uyğunluğun təmini üçün məsləhətlər;
  • Tibbi cihazların idxalı və qeydiyyatı;
  • Farmasevtik biznesinin qurulmasında hərtərəfli hüquqi dəstək;
  • Paylanma şəbəkəsinin qurulması, distributorluğun, eksluziv razılaşmaların və qiymətlərin yaradılması;
  • Ticarət markalarının, patentlərin qeydiyyatı;
  • Əqli mülkiyyət hüquqları;
  • Dərmanların və tibbi cihazların, tibbi xidmətlərin təşkilində məsləhətlər;
  • Vergi;
  • Əmək;
  • Kommersiya müqavilələri, o cümlədən icazə, lisenziya və razılıqların alınması, araşdırma sənədlərin hazırlanması.
KORPORATİV

Azərbaycanın ötən on il ərzində əldə etdiyi neft gəlirlərinin artımı nəticəsində müxtəlif sektorlarda sahibkarlıq fəaliyyəti göstərən yerli və xarici investisyalı müəssisələrin sayı artmağa başlamışdır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər dəyişən iqtisadi mühitdə yeni sahibkarlıq tendensiyalarına adekvat reaksiya vermək üçün düzgün təşkilatı struktura, idarəetməyə və fəaliyyət qaydalarına malik olmalıdır. 

Finanzier şirkəti istənilən ölçüdə yerli və xarici investisyalı müəssisələrin təsis olunması mərhələsindən başlayaraq sahibkarlıq fəaliyyətinin istənilən mərhələsində korporativ idarəetmə və rəsmiləşdirmə ilə bağlı olan müxtəlif hüquqi xidmətlər göstərir. Bura istənilən növ hüquqi şəxslərin qeydiyyatı, ləğvi, birləşməsi, bölünməsi, ayrılması; təsis sənədlərinə müvafiq dəyişiklər və əlavələrin edilməsi; müəssisələrin idarə olunmasında təsisçi və idarəçilər arasında düzgün hüquqi münasibətlərin sənədləşdirilməsi, filial və nümayəndəliklərin təsis olunması prosesində münasib hüquqi rejimin seçilməsində məsləhət kimi xidmətlər aiddir.

TİCARƏT & GÖMRÜK

Finanzier closely following the latest important developments in trade law and policy in Azerbaijan including at region states such as Georgia, Russia, Turkey, Ukraine and Kazakhstan. We cover following themes: custom regulations, trade barriers, trade negotiations, trade litigations, e-commerce, including facilitating movement of goods, lodging customs appeals; representation before the custom authorities. 

We are offering legal assistance with tariff classification and preferences, origin determination, valuation for duty, free trade agreements, duty relief, security programs, regulatory compliance, audits, seizures and forfeitures, penalties, trade and the environment.

TƏMİZ TEXNOLOGİYA

Hazırda təmiz texnologiyanın tətbiqinin idarə olunması, ətraf mühitin mühafizəsi, insanların sağlam təbii şəraitdə yaşaması, təbii sərvətlərdən dünya əhalisinin rifahı naminə daha dolğun istifadə olunması kimi vəziyyətlərdə peşəkar hüquqi və tənzimləyici qaydalar üzrə məsəlhətələrə gərək duyur. Bu prioritetlər daxilində son zamanlar enerjidən səmərəli istifadə edən və ekoloji cəhətdən əlverişli texnologiyaların – “yaşıl” texnologiyaların – tətbiqi geniş vüsət almışdır. “Yaşıl” texnologiyalar təbiətdən yararlanan qurğuların hazırlanması, işə salınması və bu zaman ətraf mühit üçün tam zərərsiz və ya minimal zərərlə çalışan texnologiyalardır. Bunu nəzərə alaraq, bir sıra ölkədə “yaşıl” texnologiyaların tətbiqi göstərilən problemlərin həll edilməsi yollarından biri hesab edilir.

Tezliklə

    Finanzier komandası uzun müddət peşəkar təcrübəyə sahib mütəxəssislər ilə çalışır. Biz işimizə zəmanət veririk.

    Ünvan

    Bakı şəh. Sabir küç 2

    Əlaqə vasitəsi

    (+99455) 457 57 02

    EMAIL

    [email protected]